6-cı gün
Təlimin 6-cı günü
Bu gün təlimin 6-cı günündür. Arxada qoyduğumuz hər təlim günü bizim daha çox bilik əldə etdiyimizi göstərir.Artıq müəllimlərin çox hissəsi sərbəst şəkildə öz layihə planın üzərində işləməyi demək olarki bacarır. Sössüzki bunda təlimçilərimizin rolu çox böyükdür.Bu gün əsas vacib işlərimizdən biri olan layihə haqqında təqdimatı yaratmağı öyrəndik.İlk öncə təlimçilər bizi GlobalLab layihə təqdimatı proqramı ilə tanış etdi.Həmin proqram vasitəsiylə biz hazırladığımız layihəmizi bir şox insana təqdim edə bilərik. Həmçinin onlarında layihələrini görüb bəyənə bilərik.Qısacası bu sayt həm müəllimlər üçün həmdə şagirdlər üçün əlverişlidir.Sonra müəllim layihəsinin təqdimatı haqqında hazırlanmış layihə nümunələrindən ibarət slaydı izlədik. Bu əyani vəsaitin hər kəsin öz layihəsini hazırlamasında böyük köməyi oldu.Təlimşilərin köməyi ilə Microsoft Office proqramlarından biri olan PowerPointdə hər kəs öz mövzusuna uyğun olaraq layihə təqdimatının slaydını hazırladı.Təlimçilər qeyd etdi ki,bu bizim vacib işlərimizdən biridir.Daha sonra portifoliomuzda mövzunun oyrənilməsi planı olan qovluqda müəllim və şagird fəaliyyətinin ilkin varintını yazdıq.Çalışaq ki,hər bir müəllimimizin layihə təqdimatı yüksək qiymətləndirilsin.Beləliklə 6-cı təlim gününndə sonunda gəldik. Hər kəs bu günlük təsuratlarını bölüşmək üçün öz bloqunu yazdı və təlim günü bitdi.Hər kəsə işlərində uğurlar hələlik!
Комментариев нет:
Отправить комментарий