пятница, 27 мая 2016 г.

15-ci gün

Təlimin 15-ci günü
Bu gün təlimin 15-ci günü- son günüdür

14-cü gün

Təlim 14-cü günü

Bu gün təlimin 14-cü günüdür. Bu gün imtahana 1gün qalmış artıq bütün işlərimizi təhvil verməli olduğumuz bir gün idi .Qısacası bü günki işimiz çox idi.Artıq layihənin həyata keçməsi planı adlı papqanı yazdıq. Sonra sorğu finish papqası yazıldı.Daha sonra portifolio üzərindəki son işlərimiz gördük.Hər kəsin portifoliosunda bütün işlər bitdi və təlimçilərimiz portifoliaları yığdı.Daha sonra şagird təqdimatının daha yaxşı görünməsi üçün internetdən şablon formalar köçürdük. Təqdimatımızın üzərindəki son işləridə gördük çünki artıq təqdimata 1 gün qalıb.Axırıncı gün deyəndə məyus oluram amma çalışıramki bu keçən günlərdə çəkdiyim əziyyət yerdə qalmasın.İnşallah qalmayacaqda. Hər kəsə son gündə təqdimatlarını ürəkləri istədiyi kimi təqdim etməyi arzu edirəm. Hər bir kəsin işi uğurlu alınsın Amin. Çünki həm müəllimlərimiz həmdə təlimçilərimiz çox əziyyət çəkib.Göstərdikləri diqqətə, sevgiyə, əməkdaşlığa və ən əsası səbrə görə bütün müəllimlər adından təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. hələlik..!






13-cü gün

Təlimin 13-cü günü

Bu gün təlimin 13-cü günüdür. Və təlimi tamamlamağa sadəcə olaraq 2 gün qalıb. Deyəsən mən həm müəllimlərimizə həm də təlimçilərimizə o qədər öyrəşmişəmki onlardan ayrılmaq istəmirəm. Daha doğrusu təlimin bitməsini hec istəmirəm.Bu gün artıq bloqların son dəfə müzakirəsini apardıq.Həm müəllim təqdimatı həm şagird təqdimatı hər kəsdə yoxlanıldı yenə də son dəfə kimdə nə çatışmır öyrənilib lazımi köməklik göstərildi.Daha sonra təlimçilərimiz bizə mövzunun öyrənilməsi pıanında fasilitasiya sənədlərini işləməyi tapşırdı.Bu gün Web 2.0 alətlərindən kahooto.com photodex.com learningapps.com ilə tanış olduq. Bu proqramlarda maraqlı videolar şəkillər animasyonlar hazırlayıb şagird təqdimatında istifadə etdik.Artıq sonda hər zamanki bloqları yazdıq vı bu gününüdə sonuna gəldik. Bu günlükdə bu qədər hələlik...!










12-ci gün

Təlimin 12-ci günü

Bu gün təlimin 12-ci günüdür. Bu gün ilk olaraq təlimin keçiriləcəyi yerə gəldik. Salamlaşdıq hər kəs oturdu və yeni təlim gününə başladıq. Təlimçilərin bizə verdiyi ev tapşırıqlarını yoxladıq. Daha sonra bloq yazılarının müzakirəsinə başladıq.Hər kəs şagird təqdimatını qurtarmağa çalışırdı.Bu gün həmçinin şagird uğurlarının hazırlanması üçün dəstək materialları haqqında məlumat aldıq. Sonra təlimçilərimizin tapşırıqları  ilə mövzunun öyrənilməsi planında yazmalı olduğumuz bölmələri yazdıq. Sonra təlimçilər bizə pedoqoji şura nədir ?yüksək səviyyəli düşünmə  vərdişləri haqqında məlumat verdilər. Ən sonda refleksiya mərhələsində bloqlarımızı yazdıq.Təlimin bitməsinə sadəcə olaraq 3 gün qalıb və artıq işlərimizi yekunlaşdırmalıyıq. Hər kəsə uğurlar!  hələlik...!








четверг, 26 мая 2016 г.

11-ci gün

Təlimin 11-ci günü

Bu gün təlimin 11-ci günüdür. Artıq sona yaxınlaşırıq. Təlimçilər bizə işlərimizi yekunlaşdırmalı olduğumuzu söylədilər.Bu gün yenədə ilk öncə sorğu aparıldı və sorğunun təməl sualı bu idi- kimin işində nə çatmır? Daha sonra təlimçilərimizin bizə gündərdiyi sənədləri uyğun qovluqlara yerləşdirdik. Belə ki,difereniallaşma adlı sənədi portifolumuzda qiymətləndirmə qovluğunun içərisindəki diferensiallaşma qovluğuna atdıq.Daha sonra təlimçilər  bizə ev tapşırığı olaraq həmin sənədləri işləməyi tapşırdı.Bloqlarımızı yazdıq və beləliklə günümüz sona çatdı gələn təlimdə görüşənədək hələlikk!

среда, 25 мая 2016 г.

10-cu gün

Təlimin  10-cu günüBu gün təlimin 10-cu günüdür. Artıq işlərimiz yekunlaşdırırıq çünki işlərimizin təqdimatına az qalıb.Bu gün ilk öncə şagird təqdimatını hazırlayarkən qarşımıza çıxan problemlər üzərində müzakirə apardıq.Giriş hissədə nə yazılmalıdır,araşdırma bölməsinə nə yazmalıyıq,axırda nəticəmiz nə olur bu kimi problərimizin həlli yollarını axtardıq. Daha sonra təlimçilərin bizə öyrətdikləri Web 2.0 alətlərindən animoto.com ,bloggif.com,learningApps və s ilə tanış olduq onlardan layihə planımızda necə yararlana bilərik bunun haqqında geniş şəkildə məlumat aldıq.Animoto.com alətində şəkillərdən slayd hazırlayaraq şagird təqdimatına yerləşdirdim daha sonra bloggif.com alətində yenə şəkillərdən istifade edərək animasiyalı şəkil formaları yaratdıq. Təlimçilər bizimlə işlərimiz necədi? kimdə nə çatışmır?kim harda necə bir problemlə qarşılaşır?bu kimi sullarla müracət edib problemlərimizi həll etməyə çalışdilar.Refleksiya mərhələsində bloqlarımızı yazdıq.Bu günlükdə bu qədər hələlik...!

воскресенье, 22 мая 2016 г.

9-cu günü

Təlimin 9-cu günü
Bu gün təlimin 9-cu günüdür.Deyəsən sona yaxınlaşdıqca məyusluq hiss edirəm.Həm təlimçilərimizdən ,həm əməkdaşlıq etdiyim müəllimlərimizdən həm də təlimdən ayrılmaq istəmirəm.
Bu gün şagird təqdimatı haqqında geniş müzakirə apardıq.Təlimçilər bizə şagird təqdimatını bloqda yazmağı bunun üçündə yeni bloq yaratmalı olduğumuzu söylədilər. Onların köməyi ilə yeni bloq yaratdıq.Şagird təqdimatında 1-ci səhifədə mövzu ilə bağlı geniş məlumat vermək,2-ci bloqda araşdırma aparmaq,3-cü bloqda araşdırmamızın  nəticəsini qeyd etmək digər bloqlarda sərbəst işləmək tapşırıldı.Daha sonra Web 2.0 alətlərindən olan animoto.com,bloggif.com-la tanış olduq təqdimatımızı yaradarkən onlardan necə istifadə edə bilərik onlarda hazırladığımız slaydları necə təqdimatımıza daxil edə bilərik bunlar haqqında geniş məlumat aldıq.Bloqlar yazıldı və beləliklə 9-cu gündə sona çatdı.Hər kəsə təqdimatını hazırlayarkən uğurlar arzu edirəm..Hələlik!!!...