9-cu günü
Təlimin 9-cu günü
Bu gün təlimin 9-cu günüdür.Deyəsən sona yaxınlaşdıqca məyusluq hiss edirəm.Həm təlimçilərimizdən ,həm əməkdaşlıq etdiyim müəllimlərimizdən həm də təlimdən ayrılmaq istəmirəm.
Bu gün şagird təqdimatı haqqında geniş müzakirə apardıq.Təlimçilər bizə şagird təqdimatını bloqda yazmağı bunun üçündə yeni bloq yaratmalı olduğumuzu söylədilər. Onların köməyi ilə yeni bloq yaratdıq.Şagird təqdimatında 1-ci səhifədə mövzu ilə bağlı geniş məlumat vermək,2-ci bloqda araşdırma aparmaq,3-cü bloqda araşdırmamızın nəticəsini qeyd etmək digər bloqlarda sərbəst işləmək tapşırıldı.Daha sonra Web 2.0 alətlərindən olan animoto.com,bloggif.com-la tanış olduq təqdimatımızı yaradarkən onlardan necə istifadə edə bilərik onlarda hazırladığımız slaydları necə təqdimatımıza daxil edə bilərik bunlar haqqında geniş məlumat aldıq.Bloqlar yazıldı və beləliklə 9-cu gündə sona çatdı.Hər kəsə təqdimatını hazırlayarkən uğurlar arzu edirəm..Hələlik!!!...
Комментариев нет:
Отправить комментарий