8-ci gün
Təlimin 8-ci günü
Bu gün təlimin 8-ci günüdür. Bu gündən etibarən hər kəs sanki bu təlimə uyğunlaşıb. Hər zamanki kimi təlim keçiriləcəyi məktəbə gəldik salamlaşdıq və təlimiz başladı. Bu gün müəllim təqdımatında olan problemlərimizi təlimçilərlə birgə həll etməyə çalışdıq.Daha sonra yenə bu təlimdə bizim üşün vacib olan Şagird təqdimatı haqqında məlumat aldıq. Təlimçilər bizə həm müəllim təqdimatının həm də şagird təqdimatının ən sonda göstərəcəyimiz işlərimiz olduğunu xüsusi qeyd etdilər.Bu gün müəllim təqdimatına necə şəkil yerləşdirmək olar ? necə fonunun dəyişmək olar? yazıları necə baxımlı etmək olar bunlar haqqında məlumat aldıq.Web 2.0 alətlərindən olan prezzi.com-da necə təqdimat hazırlamaq olar onunla tanış olduq, təqdimat nümunələri izlədik.Resurslar bölməsinə URL-ünvanlarını necə yerləşdirmək olar bunlarıda öyrəndik.Refleksiya mərhələsində bloqlarımızı yazdıq.Təlimçilərimizin bizə çəkdiyi əziyyət təqdirə layiqdi. Bəzən onları çox yorsaqda xoşniyyətli təbəssümləri ilə yenə də köməklik göstərirlər. Bunun üçün çox təşəkkür edirəm.Çalışacam ki,həm gözəl təlimçilərimizin həmdə mənim əziyyətim hədər olmasın...Hələlik!!!!!
Комментариев нет:
Отправить комментарий