пятница, 27 мая 2016 г.

15-ci gün

Təlimin 15-ci günü
Bu gün təlimin 15-ci günü- son günüdür

14-cü gün

Təlim 14-cü günü

Bu gün təlimin 14-cü günüdür. Bu gün imtahana 1gün qalmış artıq bütün işlərimizi təhvil verməli olduğumuz bir gün idi .Qısacası bü günki işimiz çox idi.Artıq layihənin həyata keçməsi planı adlı papqanı yazdıq. Sonra sorğu finish papqası yazıldı.Daha sonra portifolio üzərindəki son işlərimiz gördük.Hər kəsin portifoliosunda bütün işlər bitdi və təlimçilərimiz portifoliaları yığdı.Daha sonra şagird təqdimatının daha yaxşı görünməsi üçün internetdən şablon formalar köçürdük. Təqdimatımızın üzərindəki son işləridə gördük çünki artıq təqdimata 1 gün qalıb.Axırıncı gün deyəndə məyus oluram amma çalışıramki bu keçən günlərdə çəkdiyim əziyyət yerdə qalmasın.İnşallah qalmayacaqda. Hər kəsə son gündə təqdimatlarını ürəkləri istədiyi kimi təqdim etməyi arzu edirəm. Hər bir kəsin işi uğurlu alınsın Amin. Çünki həm müəllimlərimiz həmdə təlimçilərimiz çox əziyyət çəkib.Göstərdikləri diqqətə, sevgiyə, əməkdaşlığa və ən əsası səbrə görə bütün müəllimlər adından təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. hələlik..!






13-cü gün

Təlimin 13-cü günü

Bu gün təlimin 13-cü günüdür. Və təlimi tamamlamağa sadəcə olaraq 2 gün qalıb. Deyəsən mən həm müəllimlərimizə həm də təlimçilərimizə o qədər öyrəşmişəmki onlardan ayrılmaq istəmirəm. Daha doğrusu təlimin bitməsini hec istəmirəm.Bu gün artıq bloqların son dəfə müzakirəsini apardıq.Həm müəllim təqdimatı həm şagird təqdimatı hər kəsdə yoxlanıldı yenə də son dəfə kimdə nə çatışmır öyrənilib lazımi köməklik göstərildi.Daha sonra təlimçilərimiz bizə mövzunun öyrənilməsi pıanında fasilitasiya sənədlərini işləməyi tapşırdı.Bu gün Web 2.0 alətlərindən kahooto.com photodex.com learningapps.com ilə tanış olduq. Bu proqramlarda maraqlı videolar şəkillər animasyonlar hazırlayıb şagird təqdimatında istifadə etdik.Artıq sonda hər zamanki bloqları yazdıq vı bu gününüdə sonuna gəldik. Bu günlükdə bu qədər hələlik...!










12-ci gün

Təlimin 12-ci günü

Bu gün təlimin 12-ci günüdür. Bu gün ilk olaraq təlimin keçiriləcəyi yerə gəldik. Salamlaşdıq hər kəs oturdu və yeni təlim gününə başladıq. Təlimçilərin bizə verdiyi ev tapşırıqlarını yoxladıq. Daha sonra bloq yazılarının müzakirəsinə başladıq.Hər kəs şagird təqdimatını qurtarmağa çalışırdı.Bu gün həmçinin şagird uğurlarının hazırlanması üçün dəstək materialları haqqında məlumat aldıq. Sonra təlimçilərimizin tapşırıqları  ilə mövzunun öyrənilməsi planında yazmalı olduğumuz bölmələri yazdıq. Sonra təlimçilər bizə pedoqoji şura nədir ?yüksək səviyyəli düşünmə  vərdişləri haqqında məlumat verdilər. Ən sonda refleksiya mərhələsində bloqlarımızı yazdıq.Təlimin bitməsinə sadəcə olaraq 3 gün qalıb və artıq işlərimizi yekunlaşdırmalıyıq. Hər kəsə uğurlar!  hələlik...!








четверг, 26 мая 2016 г.

11-ci gün

Təlimin 11-ci günü

Bu gün təlimin 11-ci günüdür. Artıq sona yaxınlaşırıq. Təlimçilər bizə işlərimizi yekunlaşdırmalı olduğumuzu söylədilər.Bu gün yenədə ilk öncə sorğu aparıldı və sorğunun təməl sualı bu idi- kimin işində nə çatmır? Daha sonra təlimçilərimizin bizə gündərdiyi sənədləri uyğun qovluqlara yerləşdirdik. Belə ki,difereniallaşma adlı sənədi portifolumuzda qiymətləndirmə qovluğunun içərisindəki diferensiallaşma qovluğuna atdıq.Daha sonra təlimçilər  bizə ev tapşırığı olaraq həmin sənədləri işləməyi tapşırdı.Bloqlarımızı yazdıq və beləliklə günümüz sona çatdı gələn təlimdə görüşənədək hələlikk!

среда, 25 мая 2016 г.

10-cu gün

Təlimin  10-cu günüBu gün təlimin 10-cu günüdür. Artıq işlərimiz yekunlaşdırırıq çünki işlərimizin təqdimatına az qalıb.Bu gün ilk öncə şagird təqdimatını hazırlayarkən qarşımıza çıxan problemlər üzərində müzakirə apardıq.Giriş hissədə nə yazılmalıdır,araşdırma bölməsinə nə yazmalıyıq,axırda nəticəmiz nə olur bu kimi problərimizin həlli yollarını axtardıq. Daha sonra təlimçilərin bizə öyrətdikləri Web 2.0 alətlərindən animoto.com ,bloggif.com,learningApps və s ilə tanış olduq onlardan layihə planımızda necə yararlana bilərik bunun haqqında geniş şəkildə məlumat aldıq.Animoto.com alətində şəkillərdən slayd hazırlayaraq şagird təqdimatına yerləşdirdim daha sonra bloggif.com alətində yenə şəkillərdən istifade edərək animasiyalı şəkil formaları yaratdıq. Təlimçilər bizimlə işlərimiz necədi? kimdə nə çatışmır?kim harda necə bir problemlə qarşılaşır?bu kimi sullarla müracət edib problemlərimizi həll etməyə çalışdilar.Refleksiya mərhələsində bloqlarımızı yazdıq.Bu günlükdə bu qədər hələlik...!

воскресенье, 22 мая 2016 г.

9-cu günü

Təlimin 9-cu günü
Bu gün təlimin 9-cu günüdür.Deyəsən sona yaxınlaşdıqca məyusluq hiss edirəm.Həm təlimçilərimizdən ,həm əməkdaşlıq etdiyim müəllimlərimizdən həm də təlimdən ayrılmaq istəmirəm.
Bu gün şagird təqdimatı haqqında geniş müzakirə apardıq.Təlimçilər bizə şagird təqdimatını bloqda yazmağı bunun üçündə yeni bloq yaratmalı olduğumuzu söylədilər. Onların köməyi ilə yeni bloq yaratdıq.Şagird təqdimatında 1-ci səhifədə mövzu ilə bağlı geniş məlumat vermək,2-ci bloqda araşdırma aparmaq,3-cü bloqda araşdırmamızın  nəticəsini qeyd etmək digər bloqlarda sərbəst işləmək tapşırıldı.Daha sonra Web 2.0 alətlərindən olan animoto.com,bloggif.com-la tanış olduq təqdimatımızı yaradarkən onlardan necə istifadə edə bilərik onlarda hazırladığımız slaydları necə təqdimatımıza daxil edə bilərik bunlar haqqında geniş məlumat aldıq.Bloqlar yazıldı və beləliklə 9-cu gündə sona çatdı.Hər kəsə təqdimatını hazırlayarkən uğurlar arzu edirəm..Hələlik!!!...


8-ci gün

Təlimin 8-ci günü
Bu gün təlimin 8-ci günüdür. Bu gündən etibarən hər kəs sanki bu təlimə uyğunlaşıb. Hər zamanki kimi təlim keçiriləcəyi məktəbə gəldik salamlaşdıq və təlimiz başladı. Bu gün müəllim təqdımatında olan problemlərimizi təlimçilərlə birgə həll etməyə çalışdıq.Daha sonra yenə bu təlimdə bizim üşün vacib olan Şagird təqdimatı haqqında məlumat aldıq. Təlimçilər bizə həm müəllim təqdimatının həm də şagird təqdimatının ən sonda göstərəcəyimiz işlərimiz olduğunu xüsusi qeyd etdilər.Bu gün müəllim təqdimatına necə şəkil yerləşdirmək olar ? necə fonunun dəyişmək olar? yazıları necə baxımlı etmək olar bunlar haqqında məlumat aldıq.Web 2.0 alətlərindən olan prezzi.com-da necə təqdimat hazırlamaq olar onunla tanış olduq, təqdimat nümunələri izlədik.Resurslar bölməsinə URL-ünvanlarını necə yerləşdirmək olar bunlarıda öyrəndik.Refleksiya mərhələsində bloqlarımızı yazdıq.Təlimçilərimizin bizə çəkdiyi əziyyət təqdirə layiqdi. Bəzən onları çox yorsaqda xoşniyyətli təbəssümləri ilə yenə də köməklik göstərirlər. Bunun üçün çox təşəkkür edirəm.Çalışacam ki,həm gözəl təlimçilərimizin həmdə mənim əziyyətim hədər olmasın...Hələlik!!!!!

пятница, 20 мая 2016 г.

7-ci gün

Təlimin 7-ci günü

Bu gün təlimin 7-ci günüdür.Bu gün ilk öncə salamlaşdıq və hər kəs uyğun yerdə oturdu və təlim başlandı.Təlimçilərimiz ilk öncə keçmiş təlim günlərində nə etmişik? kimin hansı mövzuda harada nə çətinliyi var? kimdə bloqlar tam şəkildə yazılmayıb? və s. kimi suallara cavab tapmağa çalışdı.Daha sonra PowerPoint proqramında hazırladığımız müəllim təqdimatının müzakirəsinə başladıq. Müəllim təqdimatı bizim vacib işlərimizdən biridir.Bunun üçün təlimçilər kim təqdimatını hazırlayarkən hansı problemlərlə qarşılaşır?həmin problemləri həll etməyə çalışdı.Sonra mövzunun öyrənilməsi planında tədris proqramı bölməsini daha sonra tədris məqsədləri , layihənin  yerinə yetirilməsi üçün lazım olan vaxt bölməsini yazdıq.Kurikulum.az saytına daxil olaraq hər kəs öz mövzusuna uyğun standartları götürdü.Beləliklə bu günki təlim günü də sona çatdı.Təlim günlərini arxada qoyduqca sona yaxılaşırıq inanıramki hər kəs yüksək səviyyəli sertifikat əldə etməsədə bu təlimdən çox şey öyrənəcək. Ən azından kompüterdə sərbəst işləməyi bacaracaq Bu sadəcə mənim fikrimdi.hələlik.!







среда, 18 мая 2016 г.

6-cı gün

Təlimin 6-cı günü

Bu gün təlimin 6-cı günündür. Arxada qoyduğumuz hər təlim günü bizim daha çox bilik əldə etdiyimizi göstərir.Artıq müəllimlərin çox hissəsi sərbəst şəkildə öz layihə planın üzərində işləməyi demək olarki bacarır. Sössüzki bunda təlimçilərimizin rolu çox böyükdür.Bu gün əsas vacib işlərimizdən biri olan layihə haqqında təqdimatı yaratmağı öyrəndik.İlk öncə təlimçilər bizi GlobalLab layihə təqdimatı proqramı ilə tanış etdi.Həmin proqram vasitəsiylə biz hazırladığımız layihəmizi bir şox insana təqdim edə bilərik. Həmçinin onlarında layihələrini görüb bəyənə bilərik.Qısacası bu sayt həm müəllimlər üçün həmdə şagirdlər üçün əlverişlidir.Sonra müəllim layihəsinin təqdimatı haqqında hazırlanmış layihə nümunələrindən ibarət slaydı izlədik. Bu əyani vəsaitin hər kəsin öz layihəsini hazırlamasında böyük köməyi oldu.Təlimşilərin köməyi ilə Microsoft Office proqramlarından biri olan PowerPointdə  hər kəs öz mövzusuna uyğun olaraq layihə təqdimatının slaydını hazırladı.Təlimçilər qeyd etdi ki,bu bizim vacib işlərimizdən biridir.Daha sonra portifoliomuzda mövzunun oyrənilməsi planı olan qovluqda müəllim və şagird fəaliyyətinin ilkin varintını yazdıq.Çalışaq ki,hər bir müəllimimizin layihə təqdimatı yüksək qiymətləndirilsin.Beləliklə 6-cı təlim gününndə sonunda gəldik. Hər kəs bu günlük təsuratlarını bölüşmək üçün öz bloqunu yazdı və təlim günü bitdi.Hər kəsə işlərində uğurlar hələlik!



понедельник, 16 мая 2016 г.

5-ci günü

Təlimin 5-ci günü
Bu gün təlimin beşinci günüdür.Demək olarki təlimin yarı gününün arxada qoyduq.Hər zamankı kimi təlimin keçiriləcəyi məktəbə gəldik, salamlaşdıq və hər kəs öz yerində oturdu.İlk öncə hər kəsin layihəsi ,adı,sualları və standartları təkrarən müzakirə olundu.Sonra təlimçilər bizə "Layihə əsasında tədrisin qiymətləndirməsi" haqqında məlumat verdi.Diaqnostik,Formativ,Summativ qiymətləndirmə nədir?nə zaman aparılır? üsul və vasitələri nələrdir? bunlar haqqında müzakirə apardıq.Daha sonra "21-ci əsr" bacarıqları adlı elektron kitabla tanış olduq. Təlimçilərin köməyi ilə Microsoft office proqramında BİBÖ, Klaster və s. cədvəlləri yaratmağı,dioqram qurmağı yaddaşa verməyi öyrəndik.Hər bir qiymətləndirmənin üsul və vasitələrini portifoliomuzda qeyd etdik. Bu günki təlimdə mənim və digər müəllimlər üçündə maraqlı olan Web 2.0 alətlərindən biri olan Wiki haqqında məlumat aldıq.Həmçinin Wiki.iteach.ru səhifəsi və ordakı hazır layihələrlə tanış olduq.Ən sonda bloqlarımızı yazdıq və bu günlük təlim gününündə sonuna gəldik.Hər keçən təlim günü mənim üçün daha maraqlı daha öyrədici keçir. Mən inanıramkı bu təlimin sonunda hər bir müəllimimiz kompüter haqqında daha çox biliyə sahib olacaq. Çünki hər bir kəs öyrənmək üçün daha çox səy göstərir. Təlimçilərimizdə daha çox məlumat öyrətmək üçün əmək sərf edir.İnşallah hər iki tərəfin əziyyəti yerdə qalmaz. hələlik!


пятница, 13 мая 2016 г.

4-cü gün

Təlimin 4-cü günü

Bu gün təlimin 4-cü günüdür. Bu gün ilk öncə salamlaşdıq və hər kəs özünə necə uyğundursa elədə yerində oturdu.Sonra təlimçilər evə verilən tapşırığı müəllimlərlə müzakirə etməyə başladı.Ev tapşırığı hər kəsin öz layihəsinə uyğun olaraq 1Təməl sualı,2 Mövzu sualı,3 Məzmun sualı hazırlaması idi.Hər kəs öz mövzusuna uyğun olaraq təməl sualı hazırladığını düşünürdü. Ancaq təməl sualları və eləcədə mövzu və məzmun sualları təlimçilərin elədə xoşuna gəlmədi və təkrarən bu mövzular üzərində müzakirələr başladı.Nəhayət ən sonunda hər kəsin mövzusuna uyğun suallar tapıldı. Daha sonra təlimçilər hər kəsin öz portifoliasında uyğun bölməyə sualları yazmağı tapşırdı.Beləliklə bu günlük layihə planı üzərindəki işimiz qurtardı. Hər kəs öz bloqunu yazdı və təlim günü sona catdı.Bu günki təlim günündə təlimçilərimizi bir qədər yorduq.Onların göstərdiyi səbr üçün müəllimlər və özüm adından təşəkkür edirəm. Digər təlim günündə görüşənədək hələlik! 



четверг, 12 мая 2016 г.

3-cü gün

Təlimin 3-cü günü
Bu gün təlimin üçüncü günüdür.1-ci və 2-ci günlərə nisbətən bu gün daha sakit daha az yorucu keçdi.
Müəllimlərin az da olsa kompüterdə sərbəst şəkildə işləməsi həm təlimçilərimizi,həm də iştirak edən bütün müəllimləri daha az yordu.Bu gün təlimçilərin bizə 2-ci gün üçün verdiyi ev tapşırığı hər kəsin öz ixtisasına uyğun mövzu seçməsini müzakirə etdik.Müəllimlərin bir-birindən maraqlı,qlobal mövzuları təlimçilərin çox xoşuna gəldi.Ədəbiyyat müəllimlərindən "Koroğlu Qəhrəmanlıq dastanı", Riyaziyyat müəllimlərindən "Faiz" mövzusu, Kimya müəllimlərindən "Suyun codluğunun aradan qaldırılması" mövzusu və s. seçildi. Həmin mövzuların mərhələli şəkildə planının hazırlanması və ən sonunda yaxşı nəticə əldə edilməsi geniş şəkildə müzakirə olundu.
Mənim öz ixtisasıma uyğun mövzum" Atmosfer havasının çirklənməsi "oldu. Daha sonra: "Tədris layihəsinin sualları -Təməl. Mövzu. Məzmun" haqqında hazırlanmış slaydı izlədik bu haqda yeni biliklərə yiyələndik.Həmçinin ev tapşırığı olaraq seçdiyimiz mövzulara uyğun suallar yazmaq tapşırıldı və beləliklə təlimin üçüncü günü sona çatdı.
Ümid edirəm ki,hər bir müəllimimiz öz ixtisasına uyğun seçdikləri mövzuların öhdəsindən layiqincə gələr və hər kəsin işi (həmçinin mənimdə) yüksək qiymətləndirilər. Hər kəsə işində uğurlar hələlik..!





вторник, 10 мая 2016 г.

2-ci gün

Təlimin 2-ci günü

Bu gün təlimin ikinci günüdür. Bu gün birinci gün əldə etdiyimiz bilikləri daha yaxşı mənimsəmək üçün təlimçilərimizlə bir daha öyrəndiklərimizin üstündən keçdik.Təlimimizə yeni daxil olmuş müəllimlərlə təkrar gmail açmaq,blogger yaratmağı tam öyrəndik.Sonra layihə nədir? mərhələləri hansılardır?blum taksonomiyası nədir? bunlar haqqında hazırlanmış slaydı izlədik.Təlimçi müəllimlər bizə gələcəkdə lahiyəsini hazırlamaq üçün ixtisaslarımıza uyğun mövzu seçməli olduğumuzu söylədilər. Daha sonra təlimin ikinci günü üçün hazırlanmış anket formasını doldurduq. Ən sonda təlimçilərimiz bizə suallara cavab vermək üçün ev tapşırığı verdi ve bununlada təlimin ikinci günü sona çatdı. Hər təlimin sonunda daha çox məlumat öyrənəcəyimiz diləyi ilə hələlik. 

                                               

1-ci gün

Təlimin 1-ci günü

Bu gün mənim üçün maraqlı idi. İntel " Gələcək üçün təhsil" layihəsi mənim üçün yeni idi. İlk öncə həmin təlimi bizə öyrədəcək  təlimçilərlə tanış olduq. Daha sonra bu təlim haqqında daha çox məlumat toplamaq üçün videoçarxı izlədik. İlk gün kompüterdə qovluq açdıq. Həmçinin təlimçilərin köməyi ilə gmail açmağı, blogger yaratmağı öyrəndik . İlk gün mənim üçün maraqlı olmaqla bərabər həmdə yorucu idi.Amma məncə bu təlimdə müəllimlər həm kompüter texnologiyaları haqqında yeni biliklər əldə edəcək həm də bir-biriləri ilə əməkdaşlıq içində işləməyi öyrənəcək.Ümid edirəm ki,bu təlimdə iştirak edəcək müəllimlərin hamısı işlərinin nəticəsi olaraq ən yüksək dərəcəli sertifikat əldə etsinlər. Məncə həm təlimçilərimizin yüksək səyi,öyrətmə bacarığı həmdə müəllimlərimizin inadkarlığı, öyrənmə həvəsi nəticəsində bu mümkün olacaq. Təlimdə iştirak edən hər kəsə uğurlar arzu edirəm!